AZ

Sumqayıtda avtomobilin vurub öldürdüyü qadının kimliyi BİLİNDİ - YENİLƏNİB

Sumqayıtda maşın vuran piyadanın şəxsiyyəti məlum olub.

Avtosfer.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Aişən Ramiz qızı Qəribovanı yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil vuraraq öldürüb.

 

***

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə təxminən 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
(report)

Seçilən
86
3
avtosfer.az

4Mənbələr