Zamiq Əliyev Albaniya "Eqnatiya"sında debüt edib.
Sözügedən komanda yoldaşlıq oyunu keçirib. "Eqnatiya" Sloveniya “Maribor”u ilə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb - 2:2.
Əliyev bu görüşdə start heyətində meydana çıxıb və yeni komandasında rəsmi debüt edib.
Qeyd edək ki, U-21 yığmamızın sabiq üzvü olan Zamiq bu ay "Eqnatiya"ya keçib.