EN

1 qəpik təzminat ödəmədi, transfer etdi - "Qalatasaray"

"Qalatasaray" "Çelsi"dən icarəyə götürdüyü Hakim Ziyeşlə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli vingerin transfer hüququna yiyələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qırmızılar" Ziyeş üçün İngiltərə klubuna təzminat ödəməyib.

31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli ön xətt oyunçusunun illik maaşı 2,8 milyon avro olacaq.

Hakim Ziyeş ötən mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
3
sportinfo.az

5Sources