Bakı.TurkicWorld :
İsrail ordusunun aviasiyası Livanın cənubundakı bir sıra "Hizbullah" hədəflərinə zərbələr endirib.
TurkicWorld-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti öz "Telegram" kanalında bildirib.
"Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın çoxsaylı hədəflərinə zərbələr endirib", - deyə bildirilib.
Qeyd olunub ki, zərbələrin hədəfi "Zibkin bölgəsindəki hərbi obyekt, Xiam və Xula bölgələrindəki iki əməliyyat infrastrukturu və Odayse bölgəsindəki hərbi obyekt" olub.