İsrail ordusunun hərbi hava qüvvələri Livanın cənubunda “Hizbullah”ın bir neçə hədəfinə zərbələr endirib.
NOCOMMENT.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında Livanın cənubundakı bir sıra “Hizbullah” hədəflərinə, o cümlədən Kfarkeldəki hərbi struktura, Bint-Cebyl və Yarin rayonlarında infrastruktura zərbələr endirilib.