EN

İranda seçki ikinci tura qaldı

İranda keçirilən növbədənkənar prezident seçkilərində islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci tura çıxıblar.

"Cebhe.info" xəbər verir ki, bu, "Tasnim" agentliyi və IRIB telekanalının təqdim etdiyi hesablamalardan görünür.

69 yaşlı Pezeşkiana 973 mindən çox, 58 yaşlı Cəliliyə isə 963 mindən çox səs verilib. Onların arxasında böyük fərqlə üçüncü yerdə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf (341 min səs) qərarlaşıb. 16 minə yaxın seçici ruhanilərin nümayəndəsi Mustafa Pourməhəmmədini dəstəkləyib.

Növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da başlayıb, vaxtı 3 dəfə uzadılıb. İyunun 29-na keçən gecə seçki məntəqələri bağlanıb.

İyunun 9-da İran Daxili İşlər Nazirliyi yanında seçki qərargahının nümayəndəsi Möhsün Eslami ölkə prezidentliyinə altı namizədin adını rəsmən açıqlayıb. Onlardan ikisi namizədliyini geri götürdükdən sonra Qalibaf və Cəlilidən başqa, deputat Məsud Pezeşkian, ölkənin keçmiş prokuroru Mustafa Purməhəmmədi namizəd kimi qalıblar.

Xəzər

"Cebhe.info"

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
47
cebheinfo.az

10Sources