Türkiyədə elektrik enerjisinin qiyməti qalxıb.BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Enerji Bazarının Tənzimlənməsi İdarəsi məlumat yayıb. Belə ki, əhalinin istehlakı üçün elektrik enerjisinin qiyməti 38%, kənd təsərrüfatı müəssisələri üçün 30% artacaq. Yeni tariflər 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.