EN

Bayden-Tramp debatında "Türkiyə" izi FOTO

Bayden-Tramp

ABŞ prezidenti Co Bayden və keçmiş ABŞ prezidenti Donald Tramp 2024-cü il ABŞ prezident seçkiləri öncəsi ilk canlı yayım debatını keçirib. ABŞ tarixində prezidentlik debatları arasında reklamla kəsilən ilk debat olan yayım zamanı Türkiyənin turizm reklamı edilib.Ulusum.az xəbər verir ki, ABŞ-da prezident seçkiləri öncəsi ABŞ prezidenti Co Bayden və onun rəqibi, keçmiş prezident Donald Tramp canlı yayımda bu barədə danışıblar. Bayden-Tramp debatı tarixdə reklamla kəsilən ilk debat idi. Reklamdakı “ Türkiyə ” detalı diqqət çəkib.Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün mübarizə aparan Demokratlar Partiyasının üzvü Co Bayden və onun Respublikaçı rəqibi Donald Tramp canlı yayımda ilk debatda bunu baş-başa qoyub. Tramp proqram boyu rəqibi üzərində aşkar üstünlük əldə edə bilməsə də, Bayden ikinci dəfə yaşı ilə bağlı narahatlığı aradan qaldıracaq bir performans nümayiş etdirə bilmədi.ABŞ TARİXİNDƏ İLKÖlkədə prezidentliyə namizəd debatları 1988-ci ildən Prezident Müzakirələri Komissiyası (CPD) tərəfindən təşkil olunduğu halda, sonuncu debat ilk dəfə bir media qurumu (CNN) tərəfindən keçirilib. Reklamlar əvvəllər debatdan əvvəl və sonra yayımlanırdısa, CNN-də yayımlanan Bayden-Tramp debatı ABŞ tarixində prezidentlik debatları arasında reklamla kəsilən ilk debat oldu. Dünyanın diqqətlə izlədiyi yayımda iki reklam fasiləsi olub.Bayden-TrampİLK REKLAM TÜRKİYƏNİN TANITIMI OLDU90 dəqiqəlik müzakirədən sonra yayımın ilk fasiləsində Türkiyənin turizm tanıtım reklamı yayımlanıb. İlk fasilədə ekrana Türkiyənin rəsmi səyahət saytı GoTurkiye.com-un reklamı çıxıb. Saytın “İstanbul is the new cool” qeydi ABŞ prezidentlərinin debatları zamanı milyonlarla izləyici ilə qarşılaşıb.Aymirə Ağamirova

Diqqət Çəkənlər

Lənkəranda "VAZ-2107" ağaca çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Gürcüstan sarı təhlükəsizlik səviyyəsinə keçdi

Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırdı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
50
ulusum.az

10Sources