Dağıstanın Təhlükəsizlik qüvvələri Mahaçqalada yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun adını daşıyan döyüş məktəbini mühasirəyə alıblar.
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala və Dərbənddə baş verən terror aktlarından sonra axtarışlar aparır və terrorçulardan biri, bu məktəbdə təlim keçmiş Hacımurad Kağırovla hər hansı əlaqəsi ola biləcək şəxsləri dindirir.
ElcanMissiya.Az