Goranboyda intihar hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Xoylun kəndində baş verib.
Kənd sakini 2001-ci il təvəllüdlü Amin Həsənli yaşadığı evin həyəiındə özünü asıb.
Onun cəsədi yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info