Tanınmış təhsil eksperti Kamran Əsədov sentyabrın 1-də keçiriləcək növbədən kənar parlament seçkilərinə qatılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə təhsil eksperti özü məlumat verib.
Ekspert qeyd edib ki, 2020-ci ildə olduğu kimi bu dəfə də namizədliyini Neftçala rayonunda irəli sürəcək.
"1 sentyabr mənim doğum günümdür. İnanıram ki, doğma Neftçala mənə doğum günü hədiyyəsi verəcək. 4 il əvvəl qaldığımız yerdən davam edəcəyəm. Daha təcrübəliyik. Daha peşəkar komanda ilə növbədənkənar parlament seçkilərində iştirak edəcəm.
Dövlətə və dövlətçiliyə xidmət etmək yoluna davam!",- deye K.Əsədov bildirib.
Xədicə Verdizadə
Telegram kanalımız