EN

Təmsilçimiz gürcülərə böyük hesabla məğlub oldu

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” bu gün ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, Xaçmaz təmsilçisi ilkin mərhələnin B qrupunda Gürcüstanın “Football School Bridge” klubu ilə qarşılaşıb. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. “Şimal”ın növbəti rəqibi “Qothenburq” (İsveç) klubu olacaq. Qarşılaşma 1 iyul tarixində baş tutacaq.  

Chosen
88
3
matc.az

7Sources