EN

Ermənistan NATO sammitində iştirakını təsdiqlədi

"İrəvan iyulda keçiriləcək NATO sammitinə dəvət alıb və konfransda iştirak edəcək". 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan bildirib.

"Ermənistan dəvət alıb və iştirakını təsdiqləyib", - diplomat bildirib.

NATO-nun sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək. Tədbirdə Şimali Atlantika Alyansına üzv olan 32 ölkə, eləcə də dəvət olunmuş digər dövlətlərin nümayəndələri iştirak edəcək.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
2
redaktor.az

10Sources