AZ

Ermənistan NATO-nun sammitində iştirak edəcək


“Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirak etmək üçün dəvət alıb və qəbul edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan təsdiqləyib.
Badalyan qeyd edib ki, dəvət tərəfdaş ölkələr formatında iştirakdan ibarətdir və NATO-nun yaradılmasının 75 illiyinə həsr olunmuş müvafiq tədbirlərə şamil edilir.
Xatırladaq ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn iyunun 28-də Bakıda keçirdiyi brifinqdə Vaşinqtonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünü keçirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun xarici işlər nazirləri səviyyəsində iclasına dəvət olunub.
Seçilən
85
50
yeniavaz.com

10Mənbələr