EN

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

İyunun 28-də Tərtər Olimpiya İdman Kompleksində start götürən bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub.

“İki sahil” xəbər verir ki,  yarışın ilk günündə 2014-2016-cı il təvəllüdlü balacalar, 2011-2013-cü il təvəllüdlü yeniyetmələr və 2009-2010-cu il təvəllüdlü gənclər çıxış ediblər. Yarışda Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Hövsan və Zaqatala bölmələri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi və “Grasiya” İdman Klubundan, ümumilikdə 130 idmançı istedad və hazırlığını nümayiş etdirir.

Ölkə birinciliyində iştirak edən gimnastların bir neçəsi yarışla bağlı təəssüratlarını AZƏRTAC-a bölüşüblər.

Mədinə Hüseynova: “Mən bədii gimnastika üzrə Bakı Gimnastika məktəbini təmsil edirəm. Bu gün qrup hərəkətlərində yaxşı çıxış elədim. Sabah isə iplə çıxış edəcəyəm. Məşqçilərimə təşəkkürümü bildirirəm”.

Mehin Musayeva: “Mən alətsiz qrup hərəkətləri etdim. Bu gün öz çıxışımdan razı qaldım. İstəyirəm yaxşı gimnast olum və hər il birinci yerə layiq görülüm”.

Yarışa iyunun 29-da yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
7
ikisahil.az

8Sources