EN

“Qarabağ” Zubirlə RAZILIĞA GƏLDİ

“Qarabağ”ın aparıcı futbolçusu Abdulla Zubirin klubdan getmək ehtimalı barədə xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, Türkiyə və Fransadan sərfəli təkliflər alan futbolçu Ağdam klubu ilə hələ də yeni müqavilə bağlamayıb. 

Şübhəsiz ki, təcrübəli yarımmüdafiəçi maaşının artırılmasını tələb edib. 

Ancaq son məlumatlara görə, “Qarabağ” Zubirlə bütün məsələlərdə razılaşıb. Yaxın günlərdə Bakıya gələcək futbolçu ilə yeni müqavilə imzalanacaq. 
Qeyd edək ki, Zubirin “Qarabağ”la müqavilə müddəti iyunun 30-da başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
17
bizim.media

10Sources