AZ

Xorvatiya mətbuatı: “Qarabağ” Mahirə görə “Dinamo”ya TƏKLİF GÖNDƏRİB

"Dinamo"nun hücumçusu Mahir Emreli "Qarabağ"a keçə bilər. 

Bizim.Media Xorvatiyanın "Germanijak" nəşri istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün "Dinamo"ya təklif göndərib. 

"Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. "Qarabağ"ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik".

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
17
bizim.media

10Mənbələr