Demokrat.az xəbər verir ki, prezidentliyə namizədlərin ötən gün baş tutan debatında Bayden Trampın “sahibsiz pişik” kimi əxlaqi prinsiplərə sahib olduğunu bildirib.
“Mülki cərimələrə əsasən, bir qadını ictimai yerdə “ovladığına”, arvadın hamilə ikən bir porno ulduzla cinsi əlaqədə olduğuna görə neçə milyard dollar ödəməlisən? Siz nə danışırsınız? Sizdə sahibsiz pişiyin əxlaqı var”, - deyə Bayden CNN efirində bu fikirləri səsləndirib.
Tramp isə cavabında “Mən heç bir porno ulduzla cinsi əlaqədə olmamışam” deyə bildirib.
Qeyd edək ki, Trampın pornoulduz Stefani Kliffordla 2006-2007-ci illərdə münasibətlərinin olduğu iddia edilir. Bildiirlir ki, bu məlumatın üzə çıxmaması üçün 2016-cı ildə prezident kampaniyasının gedişatında pornoulduza Trampın vəkili Maykl Koen tərəfindən 130 min dollar ödənib və maliyyə sənədləri saxtalaşdırılıb. Tramp isə iddiaları yalanlayaraq əsassız olduğunu deyib.
Bu ilin may ayında Tramp 34 ittiham üzrə təqsirli bilinib. Ona iyulun 11-də hökm oxunacaq. Sabiq Prezidenti 20 ilə qədər həbs gözləyir. O, ABŞ tarixində cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub.
10Sources
-
olaylar.azAlmaniya Trampı dinləmədi, müharibə başladı - Qrenell ( 8900225)
-
milli.azAlmaniya Trampı dinləmədi, müharibə başladı - Qrenell ( 8899538)
-
axar.azAlmaniya Trampı dinləmədi, müharibə başladı - Qrenell ( 8890898)
-
oxumeni.azBayden Donald Trampı məğlub etmək üçün "həmişəkindən daha qətiyyətlidir" ( 8855291)
-
iqtisadiyyat.azZelenski Trampı sərt tənqid edib ( 8849426)
-
news365.azAlmaniya Ukraynaya hərbi yardımı AZALDIR ( 8807744)
-
qaynarinfo.azAİ qorxur ki, Di Vens Trampı Kiyevdən əlini çəkməyə sövq edə bilər - WSJ ( 8807552)
-
demokrat.azTrampa sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinə qarşı istintaq başladıldı ( 8800562)
-
sherg.azİrəvanın qorxusu: Amerikanın Ermənistana dəstəyini azaltması gözlənilən deyil -ANALİZ ( 8734187)
-
bakupost.az"Atın belindəyəm" - Bayden Trampı debata çağırdı ( 8732909)