EN

Parisdə Olimpiada yarışlarının keçirilməsi üçün Sena çayını təmizləyə bilməyiblər

Parisdə

Bakı, 28 iyun, AZƏRTAC

Sena çayının çirklənmə səviyyəsi hələ də Parisdə Olimpiya Oyunları zamanı üzgüçülük yarışlarının keçirilməsinə imkan vermir. Bu barədə BFMTV telekanalı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, telekanalın məlumatına görə, Olimpiadanın açılışına bir ay qalmış çayda suyun keyfiyyəti üzgüçülük yarışları üçün tələb olunan standartlara cavab vermir.

Mütəxəssislər bildirirlər ki, yağış və yüksək temperatur təmizləmə işlərinə mane olub. Olimpiadanın təşkilat komitəsinin sədri Toni Estanqenin sözlərinə görə, hakimiyyət çayda yarışların keçirilməsinin mümkünlüyünü iyulun ortalarına qədər müəyyən edə bilməyəcək.

Bundan əvvəl Parisin meri Ann İdalqo çaydakı suyun Olimpiya Oyunları zamanı orada yarışlar keçirmək üçün kifayət qədər təmiz olduğunu sübut etmək məqsədilə iyunun 23-də Sena çayında üzməyə söz vermişdi. Lakin o, çimməyi növbədənkənar parlament seçkilərindən sonraya təxirə salıb. Paris meri söz verib ki, Senada Olimpiada başlamazdan əvvəl üzəcək.

Olimpiya Oyunları Fransa paytaxtında iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Fevral ayında Olimpiya kəndinin açılış mərasimində çıxış edən Fransa Prezidenti Emmanuel Makron suyun təmiz olduğunu sübut etmək üçün Sena çayında üzməyə hazır olduğunu bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
3
azertag.az

5Sources