AZ

Makron şübhələri dağıtmaq üçün o çayda çiməcək+

Fransa prezidenti Emmanuel Makron Sena çayında üzmək niyyətindədir. Lakin bunu Parisdə keçiriləcək Olimpiya Oyunları başlamazdan əvvəl etməyəcək. Hələlik tarix müəyyən edilməyib.

Publika.az xəbər verir ki, bu barədə Yelisey Sarayından bildiriblər.

Bundan əvvəl Makron triatlon və açıq suda üzgüçülük yarışlarının keçiriləcəyi çayda suyun keyfiyyətinə dair şübhələri aradan qaldırmaq üçün Sena çayında üzgüçülük təşkil edəcəyinə söz vermişdi. Bu yaxınlarda Parisin meri Ann Hidalqo və Fransanın idman naziri Amelie Oudea-Kastera Sena çayında üzüblər.

Son təhlillərə görə, iyulun 10-dan 16-dək suyun keyfiyyəti yeddi gündən altısında sanitar normalara cavab verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
publika.az

5Mənbələr