EN

Zubir “Qarabağ”la müqavilə bağladı

“Qarabağ”ın futbolçusu Abdulla Zubirin komandadakı taleyi müəyyənləşib.

Ulusal.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi uzun müddətdir yeni sözləşmə ilə bağlı danışıqlar apardığı fransalı vingerlə anlaşıb. Zubir Bakıya gələrək “köhlən atlar”ın düşərgəsinə qoşulub.

Təcrübəli futbolçunun yeni müqaviləsinin müddəti 2026-cı ilə kimi olacaq. Onun illik məvacibi isə 1 milyon manat civarında olacaq.

Chosen
109
12
moderator.az

10Sources