Gürcüstan ABŞ- la münasibətləri bərpa etməkdə qərarlıdır və qarşılıqlı addımlara ümid edir.
32gun.az TASS-a istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze parlamentdə bildirib.
"Gürcüstan hökuməti 2020-ci ildən sonra baş verən hadisələr fonunda məcburi hesab etdiyimiz Birləşmiş Ştatlarla münasibətlərin bərpasına töhfə verməkdə qərarlıdır", - baş nazir vurğulayıb.
Kobaxidze qeyd edib ki, Tbilisi Gürcüstanın münasibətlərin normallaşdırılması təşəbbüsündə ABŞ-ın qarşılıqlı addımlarına ümid edir.
O əlavə edib ki, ABŞ-la münasibətlərin dərinləşməsi Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir.
İyunun 11-də Kobaxidze bildirib ki, ABŞ-ın Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları təhqiramizdir və ölkələr arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir.
Ayxan