“Sumqayıt” heyətini Azərbaycan millisinin futbolçusu Rəhim Sadıqovla gücləndirib.

Offsideplus.az xəbər verir ki, “Zirə” ilə müqaviləsi bitən yarımmüdafiəçi “Gənclik şəhəri” təmsilçisinə qayıdıb.

27 yaşlı futbolçu 2019-2022-ci illərdə də bu klubun şərəfini qoruyub. Rəhim həmin vaxt 66 matçda 16 qolla yadda qalıb.