EN

Kiçik elektrik nəqliyyat vasitəsi 16 yaşına çatanların adına qeydiyyata alınacaq

Kiçik elektrik nəqliyyat vasitəsinə dair meyarlar müəyyənləşir. Olaylar xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Kiçik elektrik nəqliyyat vasitəsi - gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdətutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir:

- təkər çarxına mexaniki bağlanan vəhərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika vəya səsli komanda) ilə hərəkət edən vəözünü tarazlaya bilən texnologiyaya malik olan;

- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər vəuzunluğu 2 m-ə qədər olan;

xarici elektrik enerjisi mənbəyinəqoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan.

Kiçik elektrik nəqliyyat vasitəsi 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınacaq.

Kiçik elektrik nəqliyyat vasitəsi apar şəxslər isə piyadaya bərabər tutulur.

Kiçik elektrik nəqliyyat vasitələrinin operatoru kiçik elektrik nəqliyyat vasitəsini icarəyə (istifadəyə) verən hüquqi şəxs və ya fərdi sahibkardır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
73
40
olaylar.az

10Sources