AZ

Sosial14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib.

Far.Az xəbər verir ki, bir müddət öncə “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif olunmuşdu.

Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.

- təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

- xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
41
far.az

10Mənbələr