EN

Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, azı 13 nəfər ölüb

Bakı. Trend:

Cümə günü Karnataka ştatının cənub-qərbində mikroavtobusunhərəkətsiz vəziyyətdə olan yük maşını ilə toqquşması nəticəsindəazı 13 nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Trend “India today” saytına istinadən xəbər verir ki,yaralıların vəziyyəti ağır olaraq qalır. Qəza sərnişinlər qonşurayondakı hindu məbədindən geri qayıdarkən baş verib.

Polisin məlumatına görə, toqquşmanın təsirindən cəsədlərmikroavtobusun qalıqları arasında qaldığından xilasedicilər onlarıçıxarmaqda çətinlik çəkib. Ölənlərin arasında bir uşağın da olduğubildirilir.

Hadisə ilə bağlı cinayət işi qaldırıb və qəzanın səbəblərininmüəyyən edilməsi üçün araşdırmaya başlayıb.

Xatırladaq ki, Hindistanda ölümcül yol qəzaları tez-tez başverir və buna həddindən artıq yüklənmə, yolların pis vəziyyətisəbəb olur. Rəsmi məlumatlara əsasən, ölkədə hər il təxminən yarımmilyon yol qəzası baş verir və nəticədə 150 minə yaxın insanhəyatını itirir.

Chosen
69
2
az.trend.az

3Sources