"Tikinti-Təmir-Təchizat-Bərpa" QSC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Tikinti-Təmir-Təchizat-Bərpa" şirkətinin cəmi gəliri 17 milyon 518 min manat, satşın maya dəyəri 17 milyon 272 min manata yaxın olub.
Beləliklə gəlir və maya xərcindən sonra ümumi mənfəət 3 milyon 246 min manat təşkil edib.
Şirkətin inzibati xərcləri 184,4 min manata, sair əməliyyat xərcləri 2 milyon 625 min manata, əməliyyat mənfəəti 437,4 min manata, mənfəət vergisi ödəmələri 84,5 min manata bərabər olub.
Şirkət 2023-cü ili 349,9 min manat xalis mənfəət ilə başa vurub.