EN

Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq

BMT-də veto hüququ mexanizmi heç bir halda aradan qalxmayacaq.
 
Bunu TASS-a müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.
 
“Veto mexanizmi heç bir halda aradan qalxmayacaq, ancaq Təhlükəsizlik Şurası ilə Baş Assambleya arasında münasibətlərdə müəyyən irəliləyiş var”, - o bildirib.
 
A.Quterreş qeyd edib ki, veto qoyarkən Baş Assambleya Təhlükəsizlik Şurasından izahat alır: "Hesab edirəm ki, Şuranın iş metodlarının təkmilləşdirilə bilən aspektləri var. Bundan əlavə, onun effektivliyini artırmaq və legitimliyini gücləndirmək vacibdir".
Chosen
130
12
moderator.az

10Sources