Yeni baş məşqçi Fabian Hurtselerin gəlişindən sonra heyətini gücləndirmək üçün qollarını çırmayan "Brayton" diqqətini ABŞ-a çevirib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu MLS-də "İnter Mayami"nin yarımmüdafiəçisi Dieqo Qomeslə maraqlanır.
Bu barədə "TalkSport" məlumat yayıb.
Xəbərə görə, Lionel Messi və digər ulduzların çıxış etdiyi MLS klubu paraqvaylıya 15 milyon funt-sterlinq qiymət qoyub. Yarımmüdafiəçiyə yayda "Brayton"dan ayrılan Adam Lallanin əvəzləyicisi kimi baxılır.
Qeyd edək ki, Dieqo Qomes bu il 13 oyuna çıxıb və burada 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
MiraÄŸa