2023-cü ildə SOCAR Birləşmiş Ərəb Əmirliklərində olsn aktivlərindən gələn gəlirləri 3 dəfə artıraraq 5,7 milyard manata çatdıtıb. Bu barədə şirkətin konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib.
Şirkətin İsveçrədə olan aktivləri isə 24,5% azalaraq 58,6 milyard manat təşkil edib.
SOCAR Türkiyədəki aktivləri də azalıb. Belə ki, 2023-cü ildə şirkətin Türkiyədə aktivləri 8,8 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin höstəricisindən 2,7 dəfə azdır.
Hesabat dövründə SOCAR-ın Gürcüstanda 1,6 milyard 559 manat, digər ölkələrdə isə 2 milyard 289 milyon manat gəliri olub. Bu da 2022-ci illə müqayisədə uuğun olaraq 4,23 %, və 18,8 % azdır.
Ötən il SOCAR-ın Azərbaycan daxilində gəlirləri 8,2 milyard manat olub. Bu 2022-ci ilin göstəricisindən 34,5 % azdır.
N.Təbrizli
www.anews.az