EN

Pakistan qovrulur: İsti hava 6 gündə 568 can aldı

Xəbər verdiyimiz kimi, Pakistanın Kəraçi şəhərində havanın temperaturu rekord həddə çatıb.

Publika.az xəbər verir ki, təsirini davam etdirən istilər nəticəsində şəhərdə son 6 gündə 568 nəfər həyatını itirib.

Bildirilir ki, havanın temperaturu 49 dərəcəyə yüksəlib. Ölüm hadisələrindən 141-i təkcə çərşənbə axşamı günü baş verib.

Şəhər xəstəxanalarından verilən məlumata əsasən, ölənlərin əksəriyyəti 60-70 yaşlarındadır. Həkimlər vətəndaşlara çölə çox çıxmamağı, bol su içməyi tövsiyə edir. Eyni zamanda ölkədə istilər səbəbindən soyutma mərkəzləri və düşərgələr yaradılıb.

Chosen
159
publika.az

1Sources