EN

Xırdalanda kütləvi dava - VİDEO

Sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış komplekslərindən birinin həyətində kütləvi davanı əks etdirən görüntülər yayılıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri paylaşan jurnalist Arifə Əliyeva münaqişənin avtomobildə yüksək tonda musiqi səsləndirən şəxslərlə mühafizəçilər arasında baş verdiyini bildirib. O qeyd edib ki, dava sonradan daha da kütləviləşib.

DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, tərəflər arasında mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
102
12
olaylar.az

10Sources