AZ

Xırdalanda kütləvi dava - Video

Sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış komplekslərindən birinin həyətində kütləvi davanı əks etdirən görüntülər yayılıb.

Teleqraf.com xəbər verir ki, görüntüləri paylaşan jurnalist Arifə Əliyeva münaqişənin avtomobildə yüksək tonda musiqi səsləndirən şəxslərlə mühafizəçilər arasında baş verdiyini bildirib. O qeyd edib ki, dava sonradan daha da kütləviləşib.

DİN Mətbuat xidmətindən bildirib ki, tərəflər arasında mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
12
teleqraf.com

10Mənbələr