EN

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

Serbiya

Bakı, 27 iyun, AZƏRTAC

Serbiya Futbol İttifaqının vitse-prezidenti Branislav Nedimoviç və baş katibi Yovan Surbatoviç istefaya göndərilib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hər iki şəxs milli komandanın Almaniyada keçirilən Avropa çempionatındakı uğursuz çıxışına görə öz vəzifəsini tərk edib.

Qeyd edək ki, Avro-2024-də İngiltərə, Danimarka və Sloveniya ilə eyni qrupda yer alan Serbiya yığması 2 xalla sonuncu pilləni tutub və turnirlə erkən vidalaşıb.

Chosen
165
5
azertag.az

6Sources