EN

Sertifikatlaşdırma prosesində işdən ayrılanlar yüksək nəticə göstərmiş müəllimlərlə əvəzlənir - Emin Əmrullayev

Bakı. TurkicWorld :

Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur.

TurkicWorld xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə söyləyib.

"Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır", - deyə nazir əlavə edib.

Chosen
115
17
turkic.world

10Sources