“Ən zəif nəticəni göstərən müəllimlər Astarada olub. Buna görə də, Astarada 3 müəllimin işinə xitam verilib. Bu kimi müəllimlər sovet dövründə işə götürülmüş adamlardı”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev 2024-cü ildə keçirilən sertifikatlaşdırma prosesinin nəticələrinə dair hesabat tədbirində deyib.
Nazir İbtidai siniflər müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərləri açıqlayıb.
Həmin rayon və şəhərlər aşağıdakılardır:
1. Sumqayıt
2. Bakı
3. Abşeron
4. Şirvan
5. Gəncə
6. Mingəçevir
7. Siyəzən
8. Quba
9. Oğuz
10. Şabran
11. Hacıqabul
12. Xaçmaz
13. Qazax
14. Salyan
15. Zəngilan
Nuranə Daxilqızı, Bizim.Media