AZ

Astarada hər üç müəllimdən biri işini İTİRƏCƏK – RƏSMİ

“Ən zəif nəticəni göstərən müəllimlər Astarada olub. Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Bu kimi müəllimlər sovet dövründə işə götürülmüş adamlardır”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev 2024-cü ildə keçirilən sertifikatlaşdırma prosesinin nəticələrinə dair hesabat tədbirində deyib. 

Nazir ibtidai sinif müəllimləri arasında sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərləri açıqlayıb.

Həmin rayon və şəhərlər aşağıdakılardır:

1. Sumqayıt

2. Bakı

3. Abşeron

4. Şirvan

5. Gəncə

6. Mingəçevir 

7. Siyəzən

8. Quba

9. Oğuz

10. Şabran

11. Hacıqabul

12. Xaçmaz

13. Qazax

14. Salyan

15. Zəngilan

Nuranə Daxilqızı, Bizim.Media

Seçilən
62
3
bizim.media

5Mənbələr