EN

İbtidai sinif müəllimlərinin 20 faizi imtahanlarda yüksək nəticə göstərib - Nazir

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edənibtidai sinif müəllimlərinin 20 faizi, yəni 6238 nəfər 51 bal vədaha yüksək nəticə göstərib.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin ƏmrullayevADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim -keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanıdeyib.

Nazir bildirib ki, həmin müəllimlərin vəzifə maaşına 35 faizəlavə tətbiq olunur.

"Prosesdə, ümumilikdə 31 852 ibtidai sinif müəllimi iştirakedib. Onların 86 faizi, yəni 21 141 nəfəri isə qənaətbəxş nəticəgöstərib, yəni tələb olunan minimum 30 balı toplayıb. Həminmüəllimlərin əməkhaqqına 10 faiz məbləğində əlavə tətbiq edilir.Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4030 nəfərdirki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443müəllim isə hələ prosesdə iştirak etməyib".

O qeyd edib ki, daha çox 35-39, 40-49 yaş aralığındakımüəllimlər keçid balı toplaya bilməyiblər.

Xəbər yenilənəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
4
az.trend.az

10Sources