AZ

Müəllimləri yüksək nəticə göstərən şəhər və rayonların adları açıqlanıb - SİYAHI

İbtidai siniflər müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərlər açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə Sumqayıt şəhərinin müəllimləri orta balı ən yüksək olan müəllimlərdir.

Həmin rayon və şəhərlər aşağıdakılardır:

1. Sumqayıt;

2. Bakı;

3. Abşeron;

4. Şirvan;

5. Gəncə;

6. Mingəçevir;

7. Siyəzən;

8. Quba;

9. Oğuz;

10. Şabran;

11. Hacıqabul;

12. Xaçmaz;

13. Qazax;

14. Salyan;

15. Zəngilan.

Nazir qeyd edib ki, paralel olaraq Bakı, Abşeron, Şirvan, Gəncə, Mingəçevir, Siyəzən, Quba, Oğuz, Şabran, Hacıqabul, Xaçmaz, Qazax, Salyan və Zəngilan müəllimləri sertifikasiyada yüksək nəticə göstəriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
8
tehsil.biz

10Mənbələr