Tibbi tullantıların düzgün idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməyin vacib olduğunu bildirib.