Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Moderator.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, PFL rəsmisi Konfrans Liqasının I təsnifat mərhələsinin oyununda fəaliyyət göstərəcək.
O, iyulun 18-də Albaniyada keçiriləcək "Tirana" (Albaniya) - "Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün UEFA nümayəndəsi olacaq.