EN

Şolts: "Rusiya dialoqdan qaçır"

Almaniyanın kansleri Olaf Şolts bundestaqda çıxışı zamanı bəyan edib ki, Rusiya Ukrayna ilə silahlı münaqişənin dayandırılması ilə bağlı dialoqdan imtina edir.

 "Rusiya sülh istəmir, Ukrayna isə istəyir"- deyə kansler bildirib.

  Əslində Rusiya-Ukrayna müharibəsi elə bir dolaşıq dalana dirənib ki, kimin nə istədiyi məlum deyil. Hər iki tərəf və münaqişənin əsas katalizatorları- ABŞ və Qərb, sayslz-hesabsız bəyənatlarlnda münaqişənin sülh yolu ilə həllinə çağırlşlar edirlər. Görünən odur ki, bunlar yalnız quru sözlərdən ibarətdir. Çünki, istər münaqişə tərəfləri, istərsə də, kənardan "çömçə bulayanlar" danışıqlar masasına oturmaq üçün elə qəbuledilməz şərtlər irəli sürürlər ki, sanki açıq-aydın "biz müharibənin sonlandırılmasını istəmirik"- deyirlər.

 Rusiyanın ölkə başçısı Vladimir Putin atəşin dayandırılması üçün  iki şərt irəli sürür - işğal etdikləri Ukraynanın Xerson, Zaparojye, Donetsk və Luqansk vilayətlərinin Rusiyanın əraziləri kimi tanınmasını və Ukraynanın NATO-ya girməyəcəyi ilə bağlı rəsmi bəyənat verməsini istəyir. Gördüyünüz kimi, Rusiya lideri işğal etdikləri Krımın adlnı belə çəkmir.

  Ukrayna tərəfi isə, yalnız rus hərbi birləşmələrinin,  Krımda daxil olmaqla işğal etdikləri ərazilərindən çıxalılması şərtləri yerinə yetirildikdən sonra danışıqlar masasına otura biləcəklərini bəyan edir. 

  İndiki halda hər iki tərəfin irəli sürdükləri şərtlərinin qəbul edilməyəcəyi gün kimi aydındır. Əslində heç Ukraynanın "himayərdarları"- ABŞ və Qərb də müharibənin bitməsini istəmirlər. Vaşinqtonun məqsədi heç də Ukraynanı müdafiə etmək deyil, çünki nə Ukrayna, nə də ukrayna xalqının gələcək taleyi onları o üədər dı maraqlandırmır. ABŞ-ln əsas məqsədi Rusiyanı çökdürüb məhv etməkdir. Ötən iki il göstərir ki, Rusiya da çökənə oxşamır. Yəni müharibənin sonsuzluğa qədər uzanacağı daha aydın müşahidə olunur...

 Rüstəm Hacıyev 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
50
adalet.az

10Sources