EN

Əsəddən geri addım: Şərtini açıqlayıb Türkiyəyə təklif verdi

Suriya Prezidenti Bəşər Əsəd Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşündə Türkiyə ilə münasibətlərlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

Əsəd bildirib ki, Suriya ölkənin bütün ərazisindəki suverenliyi ilə terrorizm və terror təşkilatları ilə mübarizəyə əsaslanan Suriya-Türkiyə münasibətləri ilə bağlı bütün təşəbbüslərə açıqdır.

Lavrentyev də Türkiyə-Suriya əlaqələri ilə bağlı bütün təşəbbüsləri dəstəklədiklərini deyib.

“Gördüyümüz budur ki, vasitəçiliyin uğurlu olması üçün hər zamankindən daha əlverişli şərait yaranıb. Rusiya danışıqların irəliləməsi üçün işləməyə hazırdır. Məqsəd Suriya ilə Türkiyə arasında münasibətlərin bərpasına nail olmaqdır”, - Rusiya rəsmisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
teleqraf.com

2Sources