AZ

“Təşəbbüslərə açığıq”- Suriyadan Türkiyəyə təklif

“Suriya ölkənin bütün ərazisindəki suverenliyi ilə terrorizm və terror təşkilatları ilə mübarizəyə əsaslanan Suriya-Türkiyə münasibətləri ilə bağlı bütün təşəbbüslərə açıqdır”.

Medianews.az xəbər verir ki, bu barədə Suriya Prezidenti Bəşər Əsəd Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşü zamanı deyib.

Lavrentyev də Türkiyə-Suriya əlaqələri ilə bağlı bütün təşəbbüsləri dəstəklədiklərini bildirib.

“Gördüyümüz budur ki, vasitəçiliyin uğurlu olması üçün hər zamankindən daha əlverişli şərait yaranıb. Rusiya danışıqların irəliləməsi üçün işləməyə hazırdır. Məqsəd Suriya ilə Türkiyə arasında münasibətlərin bərpasına nail olmaqdır”, – deuə Rusiya rəsmisi vurğulayıb.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
medianews.az

2Mənbələr