"Sosial elmlərin inkişafında sıxıntı yaşayırıq".
News365.az xəbər verir ki, bunu Millət vəkili Fazil Mustafa bildirib.
O, elmi-akademik və tətbiqi tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, maarifləndirmə yolu ilə cəmiyyətin sosial biliyinin artırılması və dünyanın gələcəyi naminə kollektiv məsuliyyətinin inkişaf etdirilməsini tələbindən söz açıb:
“Gələcəklə bağlı yeniliklər ortaya qoymalıyıq. Bunun üçün də hansısa yanlışlar olmalıdır. Ancaq təəssüf ki, bizim cəmiyyət istənilən səhv addımdan narahat olur. Ona görə də bizim bu sahədəki mövcud vəziyyətimiz ürəkaçandır”.