EN

Azərbaycanda qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı

Ağdamda qazi ölümlə nəticələnən yol qəzası törədib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb.

İkinci Qarabağ müharibəsi iştirakçısı Rüstəmov Rövşən Elşən oğlu sürücülük hüququ olmadan idarə etdiyi 77-YD-327 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz E 350” markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan 02-BU-150 dövlət qeydiyyat nişanlı Əliyev Vidadi Hüseyin oğlunun idarə etdiyi “VAZ-21063” markalı avtomobillə 77-YD-327 qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə “VAZ-21063” avtomobildə olan sərnişin qadınlardan biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıblar.

Qeyd edək ki, E.Rüstəmov “Kəlbəcərin azad olunmasına görə” medalı  ilə təltif edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
17
heftelik.az

10Sources