ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un bazar dəyəri ilk dəfə 2 trilyon dolları ötüb.
İndex.az xəbər verir ki, süni intellektdə qeydə alınan dəyər artımı texnologiya nəhənginin yüksəlişinə səbəb olub.
Beləliklə, “Amazon” “Microsoft”, “Nvidia”, “Apple” və “Alphabet”dən sonra ABŞ-ın ən dəyərli beşinci şirkəti oldu.
“Amazon” səhmləri çərşənbə günü 3,6% artaraq 193,04 dollara çatıb.
Bununla da, “Amazon”un bazar dəyəri 2 trilyon dolları keçib.
Qeyd edək ki, “Google”un ana şirkəti olan “Alphabet” də aprel ayında bazar dəyərini 2 trilyon dollara çatdırıb.
ABŞ-ın çip istehsalçısı “Nvidia” ilə texnologiya nəhəngi “Apple” isə 3 trilyon dollarlıq şirkətlər klubuna qoşulub.