EN

Gürcüstan millisi ilk dəfə Avro-nun pley-off mərhələsinə yüksəlib

Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin üçüncü oyununda Gürcüstan millisi Portuqaliya millisini məğlub edib.
Elchi.az xəbər verir ki, Gelzenkirxendə “Veltins Arena” stadionunda keçirilən görüş 2:0 hesabı ilə gürcülərin xeyrinə başa çatıb.
İkinci dəqiqədə hücumçu Xviça Kvaratsxeliya fərqlənib . 57-ci dəqiqədə forvard Georges Mikautadze penaltini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü artırıb.
Beləliklə, Gürcüstan D qrupunda üçüncü yeri tutaraq dörd xalla Avro-2024-ün pley-off mərhələsinə vəsiqə qazanıb. Turnirin 1/8 finalında müvafiq olaraq birinci və ikinci yeri tutan Portuqaliya və Türkiyə komandaları da çıxış edəcək.
Turnirin 1/8 final mərhələsi iyunun 29 və 30-da baş tutacaq.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
3
elchi.az

6Sources