AZ

Tarix yazan Gürcüstan millisinin oyunçularına….

“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Avro-2024-ün 1/8 final mərhələsinə vəsiqə qazanması üçün Gürcüstan milli futbol komandasına 30 milyon lari (təxminən 10 milyon avro) bağışlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə 1tv.ge telekanalı məlumat yayıb.

İvanişvilinin təşəbbüsü ilə komanda 1/8 finalda qalib gəlsə, daha 30 milyon lari qazanacaq.

F qrupunun turnir cədvəlində Portuqaliya 6 xal toplayıb və birinci yeri tutub. Türkiyə də 6 xalla ikinci yerdədir. Gürcüstan 4 xalla üçüncü yeri tutub. Çexiya 1 xal toplayaraq sonuncu yeri tutub və turnirdən kənarlaşdırılıb.

Qrup mərhələsinin son turunda keçirilən Portuqaliya – Gürcüstan görüşü 2:0 hesabı ilə gürcülərin xeyrinə başa çatıb. Artıq görüşün ikinci dəqiqəsində Xviça Kvaratsxeliya hesabı açıb. İkinci hissənin əvvəlində Georges Mikautadze penaltini dəqiq yerinə yetirərək görüşün yekun hesabını təyin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
nocomment.az

6Mənbələr