EN

Sərnişin qatarının relsdən çıxması nəticəsində 50 nəfər xəsarət alıb

Rusiyada sərnişin qatarının relsdən çıxması nəticəsində 50 nəfər xəsarət alıb. Hadisə zamanı Vorkuta şəhərindən Novorossiysk istiqamətində hərəkət edən sərnişin qatarının 9 vaqonu relsdən çıxıb.

Hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib. Rusiya Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, təxminən 50 nəfərin yaralı olaraq vaqondan çıxarıldığını, yaralılardan 7-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Rusiya İstintaq Komitəsi vaqonların relsdən çıxması ilə bağlı araşdırmalara başlanıldığını bildirib. İlkin təsbitlərə görə, relslərin güclü yağışlar nəticəsində zədələndiyi və qəzanın bu səbəbdən baş verə biləcəyi vurğulanır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
2
oxumeni.az

3Sources